- 09:53
Astarada dənizdə boğularaq ölən tələbənin kimliyi məlum olub.
E-huquq.az xəbər verir ki, Astarada dənizdə boğularaq ölən şəxs Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarovdur.
Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirib.
Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğularaq ölüb.
***
Astarada tələbə dənizdə boğulub.
E-huquq.az xəbər verir ki, Lerik rayon sakini, Astarada kollecdə təhsil alan şəxs çimərlikdə boğularaq ölüb.
Onun meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.