Məzmuna keç

Baş Prokurorluq: Evdə meyiti aşkarlanan tağım komandiri ürək çatışmazlığından vəfat edib

Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə e-huquq.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.