Məzmuna keç

Bakıda evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu –

Bakıda evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Bu barədə e-huquq.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

10:37

Bakıda mənzildə 50 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) e-huquq.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Həsənov İlham Lətif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.