Bakı şəhərinin Nərimanov rayonunda yaşayış bunasında yanğın olub.
FHN-dən e-huquq.az-a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 147 m² olan mənzilin eyvanında pəncərə çərçivəsi 5 m² sahədə, 2 ədəd kondisioner və 1 ədəd sayğac yanıb. Mənzil və qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
