Krımda silah anbarında partlayış olub - VİDEO


  • 17 Avqust 2022 10:01

Krımın Canköy rayonundakı hərbi hissədə partlayış baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər xəsarət alıb. Partlayışla əlaqədar olaraq yaxınlıqdakı Mayskoye kəndinin sakinlər təxliyə olunub.

Rusiya hərbi hissədə sursat anbarında baş verən partlayışı diversiya adlandırıb.

Partlayış zamanı elektrik stansiyası, dəmir yolu və yaşayış evləri də daxil olmaqla, bir sıra infrastuktura zərər dəydiyi bildirilib.

Oxşar xəbərlər