Baş Prokurorluq məlumat yaydı


  • 23 Oktyabr 2020 12:15

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 298 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 156-dir.

Oxşar xəbərlər