Vilayət Eyvazov polkovnik-leytenantı xidmətdən qovdu


  • 10 Aprel 2021 13:41

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

E-huquq.az xəbər verir ki, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.

S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarından məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər.

Oxşar xəbərlər