Hansı hallarda estetik əməliyyata görə ödənilən pulu geri almaq olar?


  • 16:11

Estetik və kosmetoloji xidmətlərdən narazı qalan vətəndaşlar bu xidmətlərə görə ödədikləri pulu geri tələb edə bilərlər.

E-huquq.az xəbər verir ki, bunu vəkil Bəhruz Orucov deyib.

O bildirib ki, estetik əməliyyatlar, stomatoloji xidmətlər, dolğu, botoks və digər kosmetoloji prosedurlar tibbi yardım xidməti kimi qiymətləndirilməməlidir. Bu xidmətlər nəticəyə görə icraçı, yəni həkim tərəfindən cavabdehlik daşıyır.

Vəkil vurğulayıb ki, əgər prosedurdan gözlənilən nəticə əldə olunmayıbsa, vətəndaşlar ödədikləri məbləğin geri qaytarılmasını tələb edə bilərlər. Həkim üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, verdiyi vədlərə əməl etməlidir.

"Məsələn, əgər həkim əməliyyatdan sonra burnunuzun simmetrik olacağını vəd edibsə, siz həmin nəticəni ondan tələb etmək hüququna maliksiniz. Bu sahədə göstərilən xidmətlər keyfiyyətli və qüsursuz olmalıdır. Əgər xidmət qüsurludursa, siz həm maddi, həm də mənəvi ziyanın ödənilməsini, həmçinin kompensasiya tələb edə bilərsiniz", - deyə B.Orucov qeyd edib.

O, həmçinin ödəniş zamanı qəbzləri və mümkün yazışmaları saxlamağı, ödənişləri onlayn həyata keçirməyi tövsiyə edib: "Bu sənədlər, xüsusən yüksək məbləğdə xidmətlər üçün, gələcəkdə kompensasiya tələb etmək üçün vacib sübut kimi istifadə oluna bilər".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər