İcra məmurunun tələbləri kimlər üçün məcburidir?


  • 8 İyun 2020 09:25

İcra məmurunun tələbləri kimlər üçün məcburidir?

E-huquq.az-ın məlumatına görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər (vətəndaşlar) üçün məcburidir və həmən tələblərin yerinə yetirilməməsinə görə bütün şəxslər məsuliyyət daşıyırlar.

İcra hərəkətləri harada həyata keçirilir?

Borclu fiziki şəxsdirsə (vətəndaş), icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir.

Borcu ödəmədiyim halda barəmdə hansı məcburi icra tədbirləri görülə bilər?

Qanunvericilikdə borclunun borcu ödəmədiyi halda onun barəsində əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə, borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və qanunvericiliyə uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Hansı əşya növlərinə tələb yöndəldilə bilməz?

Vətəndaşlar barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz.

Oxşar xəbərlər