Bakı Apellyasiya Məhkəməsində yenilik - VİDEO


  • 3 Avqust 2021 14:07

Vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, eləcə də məhkəməyə daxil olan zənglərin vahid mərkəzdən idarə edilərək cavablandırılmasında operativliyin təmin edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsində xüsusi “Çağrı Mərkəzi” yaradılıb.

E-huquq.az xəbər verir ki, Çağrı mərkəzi həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Məhkəmə istifadəçiləri müraciətlərini 012-526-26-26 telefon nömrəsi ilə çağrı mərkəzinin “Qaynar Xətt”inə ünvanlaya bilərlər.

Oxşar xəbərlər