Məzmuna keç

Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi COVID-19-a yoluxub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Mahmud Ağalarovda koronavirus aşkarlanıb. Bu səbəbdən də onun icraatında olan işlər də qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovda da koronavirus aşkarlanıb.