- 14 May 12:25
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Qafarova koronavirusa yoluxub.
E-huquq.az-ın məlumatına görə, hakimin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən onun icraatında olan işlər təxirə salınıb.
Qeyd edək ki, ötən gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun koronavirusa yoluxması barədə məlumat vermişdik. Bundan, başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovda və Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovda da COVID-19 aşkarlanıb.