- 8 May 21:45
Sumqayıtda soyğunçuluq etməkdə təqsirləndirilən Zahid Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Elçin Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Z.Kazımov təqaüdlərini almaq üçün bankomata üz tutan ahıl yaşlı şəxslərə qarşı soyğunçuluq etməkdə ittiham olunur. O, şəhər ərazisində ahıl yaşlı şəxsləri izləyərək bankomatlarda təqaüdlərini nağdlaşdıran zaman zərərçəkənlərin pullarını ələ keçirirmi. Z.Kazımova qarşı Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə