Məzmuna keç

Məhkəmə azyaşlını maşınla vurub öldürən sürücü ilə bağlı qərar verəcək

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İsgəndər Ədilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Nərminə Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb. İsgəndər Ədilov idarə etdiyi "KİA Rio" markalı avtomobillə 2017-ci il təvəllüdlü Əbdülhəlim Musayevi vurub. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə