"Aqro Kompleks Qəbələ" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Protokol hakim Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Aqro Kompleks Qəbələ" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
