Məzmuna keç

Ağcabədidə mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ağcabədidə mağazadan oğurluq etməkdə təqsirləndirilən Nahid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Etibar Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın11-nə təyin olunub.

Qeyd edək ki, N.Hüseynov mağazadan tütün məmulatları və içki məhsulları oğurlamaqla təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə