Yevlaxda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Mətləb Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Tural Əfəndizadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 11-də keçiriləcək.
Qeyd edək kİ, 1964-cü il təvəllüdlü Mətləb Şükürov ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı, 1984-cü il təvəllüdlü Ləman Şükürovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
