Zaqatalada bacısını öldürməkdə təqsirləndirilən Nurlan Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xaliq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bacısı, 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
