Narkotik vasitələrin qanunsuz saxlanılmasında təqsirləndirilən Kənan İsmayılova hökm oxunub.
E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən təqsirləndirilən şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs edilib.
Xatırladaq ki dövlət ittihamçısı Eldar Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Kənan İsmayılov barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Kənan İsmayılov Nəsimi Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma, hazırlama, emal etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
