Bakıda adam öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Kamran Muxtarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Samir İsrafilovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
