Məzmuna keç

Bakıda nənəsini və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Elnur Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Elnur Əliyev yaşadığı evdə nənəsi Laçın Tatulova və arvadı Elminaz Məmmədovaya bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə