- 17 Oktyabr 12:26
Milli Məclisin bu gün keçirilən iclasında “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulmaq barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
E-huquq.az xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
“Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya” 2021-ci il yanvarın 27-də Paris şəhərində imzalanıb.