- 12 Mart 15:13
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
E-huquq.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, fevralın 9-da Ali Məclis Cabbar Musayevin Naxçıvan Muxtar Respublikasına Baş nazir təyin edilməsi ilə bağlı qərar qəbul edib.