ÜST: Dünyada koronavirusa rekord yoluxma qeydə alınıb


  • 23 Oktyabr 2020 21:39

Dünyada koronavirusa yoluxanların sayı 41,57 milyonu ötüb, virusdan 1,135 milyondan çox yaxın insan ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada 41 570 883 insan koronavirusa yoluxub, 1 134 940pasiyent ölüb.

Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 445 419 yoluxma halı aşkarlanıb, 6 512 nəfər ölüb.

Ən çox yoluxma ABŞ (8 248 149 nəfər), Hindistan (7 761 312 nəfər), Braziliya (5 298 772nəfər) və Rusiyada (1 480 646 nəfər) qeydə alınıb.

Oxşar xəbərlər

  • 22 Aprel 12:28
Sabahın hava proqnozu