Sayğacı dəyişdirilmiş abonentlərin nəzərinə!


  • 22 Yanvar 2021 14:45

"Əgər abonent mexaniki sayğacını öncədən ödənişli elektron smart-kart sayğacına dəyişmək istəyirsə, bunu hər an edə bilər".

E-huquq.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev sosial şəbəkə üzərindən abonentlərlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, bunun üçün abonent “Azəriqaz”a müraciət etməlidir: “Abonentlərin müraciəti istər elektron, istər onlayn, istərsə də yerli idarələrə müraciət edə bilər”.

O qeyd edib ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində “Azəriqaz” əməkdaşları tərəfindən baxış keçiriləcək: “Əgər həqiqətən də abonentin daha əvvəl öncədən ödənişli sayğacı olubsa və o mexaniki sayğacla dəyişdirilibsə, biz həmin sayğacı dəyişdirə biləcəyik. Abonentin yazılı razılığı alındıqdan sonra onun sayğacı dəyişdiriləcək. Bu, tamamilə ödənişsiz həyata keçiriləcək”.

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu