“Azəriqaz”ın əməkdaşları təbii qaz xətlərinə özbaşına müdaxilə ilə bağlı daha bir fakt aşkarlayıblar


  • 4 May 2021 12:33

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları təbii qazdan qanunsuz istifadə, qaz xətlərinə özbaşına müdaxilə ilə bağlı daha bir faktı aşkar ediblər.

Birlikdən e-huquq.az-a bildirilib ki, paytaxtın Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında Ehtiram Əliyevə məxsus “Boru Keçidi 5” çörəkbişirmə müəssisəsinə 41 min 900 manat debütor borcun ödənilməsi üçün dəfələrlə müraciət olunub. Heç bir ödəniş olunmadığına görə birliyin əməkdaşları müəssisənin qaz təchizatını dayandırıblar. Bundan sonra çörəkbişirmə müəssisəsinin işçiləri rezin boru vasitəsilə qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə ediblər.

“Azəriqaz”ın əməkdaşları qanunsuz qoşulmadan əlavə, qaz sayğacına müdaxilə halını da aşkarlayıblar. Qanunsuz birləşmənin bir neçə dəfə ləğv olunmasına baxmayaraq müəssisənin əməkdaşları yenidən özbaşına şəkildə eyni əməli təkrar ediblər. Debütor borcu ödəmək əvəzinə “Azəriqaz” İB-nin əməkdaşlarını hədələyərək onlara xəsarət yetirməyə çalışıblar.

Birliyin əməkdaşları sözü gedən ünvana yenidən baxış keçiriblər. Qanunsuz qoşulma halı təkrar olaraq aşkar edilib. Bu dəfə qaynaq vasitəsilə həmin qoşma ləğv edilib və müəssisəyə son dəfə xəbərdarlıq olunub.

Oxşar xəbərlər