Hava nə vaxt sabitləşəcək? - AÇIQLAMA


  • 14 Yanvar 2022 12:36

“Yarım sutka ərzində düşən yağıntının miqdarı yarım aylıq normaya bərabər olub. Qar örtüyünün hündürlüyü 22 sm təşkil edib”.

E-huquq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, gün ərzində yağıntılar davam edəcək: "Daha yüksək qar örtüyünü müşahidə edəcəyik. Proses qısa müddətlidir. Artıq axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır”.

U.Tağıyevanın sözlərinə görə, şimal küləyinin sürəti rayonlarda 28, Bakıda 27 metrə qədər artıb. Axşama doğru isə güclü şimal-qərb küləyi arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

"Yanvarın 15-də günün ikinci yarısında şimal-qərb küləyi yenidən güclənəcək. Yaxın günlərin hava şəraitini səciyyələndirsək, tez-tez güclü şimal küləyinin güclü cənub küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin də kəskin tərəddüdü gözlənilir. Belə hava şəraiti də meteohəssas insanlar üçün nisbətən əlverişsizdir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu