Tibbi tullantılar üzrə yeni tarif müəyyənləşdirildi


  • 14 Yanvar 13:25

Tarif (qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılmış və müvafiq qərarlar qəbul edilib.

E-huquq.az-ın dövlət Tarif (qiymət) Şurasına istinadən verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir.

Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Qeyd edək ki, qərar 17 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.

Oxşar xəbərlər