Məzmuna keç

Azərbaycanda COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə veriləcək

Azərbaycanda COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə veriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

“Azərbaycan Respublikasında COVID-19 pandemiyası artıq 4-cü ildir davam edir. Beynəlxalq təcrübəni nəzərə alaraq, növbəti həftədən başlayaraq COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə olmaqla, hər həftənin bazar ertəsi günü ötən həftə ilə bağlı məlumatların cəmi formasında veriləcəkdir.

Gələcəkdə ehtiyac yarandığı halda COVID-19 ilə bağlı statistik hesabat yenidən gündəlik rejimə keçiriləcəkdir”, – məlumatda vurğulanır.