Sədr: “Vəkillərin peşəkar inkişafı Kollegiyanın əsas prioritetlərindəndir“


  • 10:38

"Vəkillərin peşəkar inkişafı Vəkillər Kollegiyasının fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu məqsədlə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq çərçivəsində, habelə Vəkillər Kollegiyasının Tədris Mərkəzi tərəfindən vəkillər üçün ixtisasartırma və digər peşəkar təlim proqramları ardıcıl və sistemli şəkildə həyata keçirilir və hazırda da davam etdirilir.

Sədr qeyd edib ki, bu təlimlər vəkillərin bilik və bacarıqlarının müasir hüquqi çağırışlara uyğun şəkildə təkmilləşdirilməsinə, peşə etikası və praktiki fəaliyyət sahəsində inkişafına mühüm töhfə verir.

A.Bağırov vurğulayıb ki, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, Vəkillər Kollegiyasının üzvlərinin Konfransı tərəfindən vəkillərin il ərzində iştirak etməli olduqları icbari tədris tədbirlərinin minimal saat sayının müəyyən edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, bu mexanizm vəkillərin davamlı peşəkar inkişafının institusional əsasda təmin edilməsinə xidmət edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər