Vəkillər daha 55 nəfər məhkuma pulsuz hüquqi yardım göstəriblər - FOTO


  • 09:35

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu və maarifləndirmə işləri davam etdirilir.

E-huquq.az xəbər verir ki, avqustun 18-də Bakı şəhəri 13 saylı Vəkil Bürosu və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkillər tərəfindən 7 və 16 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 55 nəfər məhkumun müraciəti dinlənilib, müxtəlif məsələlər ətrafında onlara pulsuz hüquqi yardım göstərilib və müvafiq izahat verilib.

Oxşar xəbərlər