- 09:52
Baş redaktoru Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2026, №1 (27) buraxılışı nəşr edilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından bildirilib.
Jurnalın yeni dərc olunmuş sayında tanınmış hüquq alimlərinin, vəkillərin, müxtəlif sahələrdə fəaliyyət göstərən praktik hüquqşünasların, həmçinin doktorant və tələbələrin müəllifi olduqları, hüququn müxtəlif sahələri və istiqamətləri üzrə aktual mövzularda, ümumilikdə 20 elmi məqalə redaksiya heyətinin və kənar rəyçilərin müsbət rəyindən keçməklə nəşrə qəbul edilərək dərc olunub.
Qeyd edək ki, jurnalda dərc olunan hər bir elmi məqalə antiplagiat yoxlamasından keçirilib və DOI indeksi ilə açar sözlər, o cümlədən Azərbaycan, ingilis və rus dillərində geniş xülasələrlə nəşr edilib.
Redaksiya heyətində görkəmli yerli və beynəlxalq hüquq alimlərinin təmsil olunduğu jurnalda bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Qərarları və Vəkillər Kollegiyasının 2026-ci ilin yanvar - may ayları üzrə müvafiq xəbərləri öz əksini tapıb.