“Vəkillik fəaliyyətində elektron xidmətlərdən istifadə” mövzusunda beynəlxalq konfrans keçirildi


  • 14 Sentyabr 2020 18:29

Sentyabrın 12-də Vəkillərin Avropa Assosiasiyasının təşkilatçılığı ilə 50-dən çox ölkənin üzvlərinin iştirakı ilə “Vəkillik fəaliyyətində elektron xidmətlərdən istifadə” mövzusunda beynəlxalq konfrans keçirilib.

E-huquq.az-ın məlumatına görə, İsveçrə, Polşa, Türkiyə, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, İtaliya, Özbəkistan, Qırğızıstan və digər ölkələrin, habelə Avropa Şurasının nümayəndələrinin iştirak etdiyi konfransda sədrliyi Vəkillərin Avropa Assosiasiyasının sədri, polşalı vəkil Mariya Şlazak həyata keçirib. Xanım Şlazak öz çıxışında tədbirin əhəmiyyəti, qloballaşan dünyada, xüsusilə COVİD-19 pandemiyası dönəmində elektron infromasiya ehtiyatlarından isitfadənin zəruriliyi barədə fikirlərini bölüşüb, dünya səviyyəsində vəkillərin həmrəylik nümayiş etdirməsinin vacibliyini bildirib.

Konfransda ölkəmizi Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat rəhbəri Fərhad Nəcəfov və Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev təmsil edib və ölkəmizdə vəkillər tərəfindən elektron hüquq xidmətlərindən istifadə, habelə vəkil peşəsinin qarşısında duran hədəflər və aktual problemlər haqqında təqdimatlarla çıxış ediblər.

Daha sonra konfrans ərzində müsasir texnologiyalardan istifadə və bu yeniliklərin vəkillikdə gətirdiyi etik problemlər, məlumatların mühafizəsi, fərdi məlumatlara çatımlılığın hədləri, müasir texnologiyaların davamlı inkişafını şərtləndirən amil və sair əhəmiyyət kəsb edən məsələlər barədə təqdimatlar edilib, faydalı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər