Bir qrup vəkilə dövlət təltifləri təqdim edildi


  • 8 Aprel 2021 21:29

Vəkillər Kollegiyasının bir qrup üzvünə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan mütərəqqi məhkəmə-hüquqi islahatlarının möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, bu islahatlar çərçivəsində ölkəmizdə vəkilliyin inkişafına da xüsusi dəstək verildiyini bildirib.

Xüsusilə qeyd olunub ki, müstəqil dövlətimizin 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti” haqqında ilk Qanununun qəbul edildiyi tarix əsas götürülərək ölkə başçısının 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə ilk dəfə olaraq “Vəkil günü” peşə bayramı kimi qeyd olunmağa başlanılıb.

Vurğulanıb ki, “Vəkil günü” peşə bayramı münasibətilə və Azərbaycanda hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 30 dekabr 2020-ci il tarixli Sərəncamla Kollegiyanın bir qrup üzvləri Axundov Aydın Ağa oğlu, Ələkbərov Pərviz Saday oğlu, Həsənov Şəfayət Qardaşalı oğlu, Həsənova İlhamə Zakir qızı, İbrahimov Ramiz Hilal oğlu, Qəhrəmanova Qəmizə Salman qızı, Məmmədov Şahmar Elbrus oğlu və Rəcəbova Eleonora Viktorovna “Tərəqqi” medalı ilə təltif edilib.

Daha sonra tədbirdə vəkillərə mükafatlar təqdim edilib.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.








​​​​

Oxşar xəbərlər