Məzmuna keç

Bakıda vəkillər arasında beynəlxalq futbol turniri keçirilir

Bakıda vəkillər arasında beynəlxalq futbol turniri keçirilir

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyasının 100 illik yubileyi münasibətilə Bakıda 1-ci Cənubi Qafqaz futbol turniri keçirilir.

E-huquq.az xəbər verir ki, futbol turnirində Polşa, Gürcüstan, Belarus, İran, Özbəkistan, Bolqarıstan , Qazaxıstan, Rusiya, Türkiyə və Azərbaycandan ümumilikdə 16 komanda iştirak edir. Azərbaycan beynəlxalq turnirdə 3 komanda ilə təmsil olunur.

3-6 oktyabr tarixlərində keçiriləcək turnirin oyunları saat 10:00-18:00-də AzFar Koroğlu Futbol Stadionunda baş tutacaq.

Mənbə: APA