Məzmuna keç

Rusiya Vəkillər Gildiyasının prezidenti Azərbaycana gəldi

Rusiya Vəkillər Gildiyasının prezidenti, hüquq elmləri doktoru, professor Həsən Mirzəyev Azərbaycana gəlib

Rusiya Vəkillər Gildiyasının prezidenti, hüquq elmləri doktoru, professor Həsən Mirzəyev Azərbaycanda səfərdədir.

E-huquq.az xəbər verir ki, H. Mirzəyev Azərbaycan vəkilliyinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Onu hava limaninda “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev qarşılayıb.

Qeyd edək ki, sabah Azərbaycan vəkilliyinin 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Tədbirdə Rusiya, Türkiyə və Avropanın bir sıra dövlətlərindən olan vəkil və nümayəndələr iştirak edəcək.