Məzmuna keç

Vəkillər Kollegiyası üzvlərinin konfrans günüdür

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlərinin ümumi konfransının keçirilməsindən 2 il ötür

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlərinin ümumi konfransının keçirilməsindən 2 il ötür.

E-huquq.az-ın xəbərinə görə, 2017-ci ilin dekabrın 7-də Vəkillər Kollegiyasının ümumi konfransı keçirilib.

Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, dövlət və qeyri-hökumət təşkilatları iştirak etdiyi konfransda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilib.

Vəkil Anar Bağırov seçkinin nəticəsinə görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.

Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinləri, üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilib, komissiyanın sədri seçilib. Toplantıda Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni üzvləri də məlum olub.

Konfransın gündəliyinə əsasən, toplantıda Vəkillər Kollegiyasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyasının qəbulu və Vəkillər Kollegiyasının 2017-2022-ci illər üzrə büdcəsinin təsdiq edilib.