Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər bir Azərbaycan vətəndaşı, vətəndaşın məmnunluğu, rifah halının yüksədilməsi faktoru durur. Möhtərəm prezidentimiz " Vətəndaşların Problemi daim dövlətin diqqət mərkəzindədir" ifadəsi ilə bu sahədə prinsipial siyasətini əminliklə vurğulamış və vətəndaşlarımızın problemlərinin həllinə yönələn köklü islahatlar,əməli işlər bunu bir daha təsdiq edir.
Bu baxımdan ölkə əhalisinin ən kövrək, həssas təbəqələrindən biri olan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli, onların sosial müdafiə məsələlərinin gücləndirilməsi daima Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, “ İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən Ulu öndər bu məsələyə daim diqqət və qayğı göstərirdi.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi,Kollegiyanın sədri hörmətli Anar Bağırovun təşəbbüsü ilə qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqi yardıma əlçatanlığının təmin edilməsi,onların hüquqi maarifləndirmə işinin həyata keçirilməsi istiqamətində çox önəmli və əhəmiyyətli bir layihəyə start verilmişdir. Bu layihənin gerçəkləşdirilməsinə məhz 7 dekabr 2019-cu ildə,Azərbaycan Vəkilliyində təməlli islahatların əsasının qoyulduğu gün başlanıldı. Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasnın üzvləri olan Bakı şəhəi 20 saylı vəkil bürosunun onlarla vəkili məcburi köçkün soydaşlarımızın kompat şəkildə məskunlaşdığı " Qobu-2" yaşayış məntəqəsində oldular. Tədbir çərçivəsində məcburi köçkün soydaşlarımızın ölkəmizdə uğurla həyata keçirilən hüquqi islahatlar və onları tez-tez qarşılaşdıqları ən aktual hüquqi məsələlərlə bağlı maarifləndirmə işi ,həmçinin müraciət edən vətəndaşlara pulsuz hüquqi yardım həyata keçirildi.
Tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin əməkdaşları da yaxından iştirak etdi, vətəndaşların problemlərini problemlərini dinləyib, müraciətlərini qeydə aldılar.
Başlanılan bu əhəmiyyətli işin davamı olaraq bu cür tədbirlərin qaçğın və məcburi köçkün soydaşlarımızn kompakt şəkildə məskunlaşdığı yaşayış komplekslərində müntəzm olaraq hər ay bir,ya da iki dəfə keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin hər həftənin cümə günü 20 saylı Vəkil bürosunun Məmməd Araz 105 a ünvanındakı ofisində qaçqın ve məcburi köçkün soydaşlarımız üçün pulsuz hüquqi yardım göstəriləcək "açıq qapı" günləri təşkil ediləcəkdir.
