Məzmuna keç

Saatlı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək

Saatlı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Kollegiyadan e-huquq.az-a verilən məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 21 dekabr 2019-cu il tarixdə Şirvan Regional Vəkil Bürosu tərəfindən Saatlı rayon Gənclər Mərkəzində, saat 10:00-13:00-da Saatlı və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.