Şri-Lankada avtobusun uçuruma düşməsi nəticəsində 16 nəfər öldü


  • 11 May 15:08

Şri-Lankada avtobusun uçuruma düşməsi nəticəsində 16 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus avtobusun Kataragamadan Kurunegalaya səfər etdiyi zaman baş verib.

Avtobus yoldan çıxaraq əsas avtomobil yolunda uçuruma düşüb. Həlak olanların şəxsiyyəti müəyyənləşdirilməyib.

Hadisənin səbəbləri isə araşdırılır.

Oxşar xəbərlər