- 18:27
"Biz PKK-nın buraxılması ilə bağlı verilən bəyanatı alqışlayırıq – bu, davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımdır"
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X"dəki paylaşımında bildirilib.
"Regionda terror təhlükəsinin aradan qaldırılması üçün dərhal praktiki addımların atılmasını gözləyirik.
Qardaş Türkiyənin terrorizmin kökünü kəsmək, təhlükəsizliyi təmin etmək və sabitliyi təşviq etmək sahəsində göstərdiyi qətiyyətli səylərini yüksək qiymətləndiririk",- deyə məlumatda qeyd olunub.