- 18:48
İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları təsdiqlənib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün açılır.
Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi və əmək kitabçasını təqdim edir. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycanda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
Əmək kitabçası 10 sm x 14 sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası 3 bölmədən - üz qabığı, titul vərəqi və iş haqqında məlumatdan ibarətdir.
Əmək kitabçalarının qaydalara uyğun formada hazırlanması və işəgötürənlərə verilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.
Əmək kitabçasının doldurulmasını işəgötürən, müəyyən hallarda isə ƏƏSMN Azərbaycanın dövlət dilində aparılır.