Gələn il Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək


  • 12:53

Gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi edəcək.

E-huquq.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə Azərbaycan üçün mühüm tədbirlər gündəmdədir:

“Azərbaycanın sonrakı iki ildə İƏT-ə sədrliyi reallaşacaq. Eyni zamanda Qlobal Şəhərsalma Forumu və s. tədbirlərin də Bakıda keçirilməsi gözlənilir. Bu tədbirlər Azərbaycanın önəmini artıracaq faktorlardır”.

Y.Rəfiyev həmçinin bildirib ki, 2030-cu ilədək dünyanın ən böyük iqtisadiyyatına sahib dörd dövlətdən üçünün Qlobal Cənub ölkəsi olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, İƏT-in Zirvə görüşü 2024-cü ilin mayında Qambiyanın Banjul şəhərində keçirilib.

Oxşar xəbərlər