Nazir müavini: "İcra qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı islahat paketi hökumətə təqdim olunub"


  • 11:39

İcra sisteminin daha əlçatan olması, icra sənədlərinin icrasında effektivliyin və səmərəliliyin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən mühüm addımlar atılıb.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Biznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, icra icraatı çərçivəsində borclunun əmlakı artıq ötən ilin sonunda Nazirlik tərəfindən istifadəyə verilmiş “Elektron Hərrac Portalı” vasitəsilə satılır. Bu da hərrac proseslərinin daha şəffaf, səmərəli və çevik həyata keçirilməsinə xidmət edir.

Nazir müavini xüsusi icra institutunun tətbiqi ilə bağlı artıq müəyyən işlər görüldüyünü və icra qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı böyük bir islahat paketinin hazırlanaraq hökümətə təqdim olunduğunu da bildirib. Həmçinin icra proseslərində effektivliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron icra” informasiya sisteminin yeni versiyasının istifadəyə verildiyini bildirən nazir müavini yenilənmiş sistemin icra icraatı çərçivəsində həyata keçiriləcək hər bir addımın asanlaşdırılmasına kömək edəcəyini vurğulayıb.

Oxşar xəbərlər