"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyət planı layihəsi hazırlanıb"


  • 11:51

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb və fəaliyyət planı layihəsi hazırlanaraq hökümətə təqdim edilib.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Biznesin İnkişafı Forumunda deyib.

O qeyd edib ki, cəza çəkmiş şəxsin azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasında ən mühüm amillərdən biri sahibkarlar tərəfindən bu instituta dəstək verilməsidir.

Nazir müavini bir çox hallarda özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin müvafiq islahatların həyata keçirilməsinə əlverişli zəmin yaratdığını qeyd edib, bu islahatlarda onların da yaxından iştirakının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər