Bakcell-in meqa lotereyasında 5-ci avtomobil uduldu!


  • 7 Noyabr 21:23

Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir “Zeekr 001” qalibi bəlli olub. Həftəlik tirajın nəticələrinə əsasən, 5-ci lüks avtomobil qalibi Sevda Əsədovadır. Qeyd edək ki, Sevda Əsədova lotereyada 1 AZN-lik şans paketini alaraq qalib olub.

E-huquq.az xəbər verir ki, lotereya çərçivəsində süni intellekt vasitəsilə hər gün “iPhone 17”, hər həftə isə “Zeekr 001” qalibləri seçilir. Lotereya 31 dekabr tarixinədək
davam edəcək. Növbəti həftələrdə daha 8 “Zeekr 001” avtomobilinin qalibləri məlum olacaq.
Lotereyada qalib gəlmək üçün sadəcə “Şans” paketlərini əldə etmək kifayətdir:

• 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES
• 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES

“Şans” paketləri Bakcell abunəçilərinə həm lotereyada iştirak haqqı, həm də şəbəkədaxili danışıq dəqiqələri qazandırır.

Ətraflı məlumat üçün: http://lotereya.bakcell.com

Oxşar xəbərlər