- 16:45
Azərbaycanda silahlanmaya yeni əməliyyat taktiki raket kompleksi verilib.
E-huquq.az xəbər verir ki, bu, uzaq məsafəli hədəfləri yüksək dəqiqliklə məhv edən, 370 mm çaplı və 200 kiloqramlıq qəlpəli-fuqas döyüş başlığına malik "Predator Hawk" silahıdır.
250 km uzaqlıqdakı nəzarət məntəqələri, mərkəzləri, logistik bazaları və başqa infrastrukturları yüksək dəqiqliklə məhv etməyə imkan verən raket noyabrın 8-də Bakıda keçirilən hərbi paradda nümayiş olunub.