Zəfər Günü ilə əlaqədar Bakı metrosu iş rejimini uzadacaq


  • 18:39

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Qurumdan e-huquq.az-a verilən məlumata görə iş rejimi 1 saat uzadılacaq.

Metronun bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Oxşar xəbərlər