Azərbaycan XİN Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım etdi


  • 15:25

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mustafa Kamal Atatürkünün vəfatının ildönümü münasibətilə paylaşım edib.

E-huquq.az xəbər verir ki, nazirlik bu barədə sosial media hesabında paylaşım edib.

"Bu gün qardaş Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər