- 12:58
"Gələn ilin büdcə zərfi, məzmunu və strukturu baxımından əvvəlki illərin büdcə zərfindən əhəmiyyətli dərəcədə fərqlənir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
O bildirib ki, ölkəmizdə siyasi və iqtisadi müstəqilliyin uzlaşdırılması, dövlətimizin əsas prinsiplərindən biridir: "İqtisadi müstəqillik, siyasi müstəqilliyimiz üçün əsas şərt olaraq qəbul edilir. Büdcə zərfi, makroiqtisadi sabitlik proqnozlarına əsaslanaraq hazırlanır və dövlətin maliyyə strategiyasını əks etdirən mühüm strateji sənəddir. Gələn ilin büdcə zərfi, məzmunu və strukturu baxımından əvvəlki illərin büdcə zərfindən əhəmiyyətli dərəcədə fərqlənir. Ölkəmiz üçün yeni dövrün çağırışları, maliyyə ehtiyaclarımızı kəskin şəkildə artırıb. Belə bir şəraitdə isə rasional yanaşma son dərəcə vacibdir".
Şəbnəm Mehdizadə